“WikiLeaks”in yaradıcısı Ollanddan sığınacaq istədi rədd cavabı aldı

“WikiLeaks”in yaradıcısı Ollanddan sığınacaq istədi


“WikiLeaks”in yaradıcısı Culian Assanj Fransa prezidenti Fransua Ollandın adına açıq məktub yazaraq ondan siyasi sığınacaq istəyib.

Avropa.info xəbər verir ki, Assanjın məktubunu Fransanın “Le Monde” qəzeti çap edib. Məktub bildirilir ki, ABŞ “WikiLeaks” yaradıcısını ifşaedici jurnalist istintaqlarına görə təqib edir.

“Bu gün hədəfinə çevrildiyim siyasi təqiblərdən məni yalnız Fransa müdafiə edə bilər. Cənab prezident, həyatım təhlükədədir. Həm fiziki həm, psixoloji olaraq. Həyati təhlükə gün keçdikcə daha da artır” – deyə Assanj bildirib.

Fransa hakimiyyəti Culian Assanj sığınacaq verməkdən imtina edib. Bu barədə WikiLeaks təsisçisinin “Le Monde” qəzeti vasitəsi ilə prezident Ollanda müraciətinə cavab olaraq Yelisey sarayından bəyan ediblər. Qeyd edək ki, daha öncə WikiLeaks-in təsisçisi Culian Assanj fransız prezidenti Fransua Ollanddan sığınacaq istəyib. Bu mövzuda açıq məktubu Assanju “Le Monde”-də dərc etdirib. O, WikiLeaks-dəki fəaliyyətindən danışaraq, təhlükədə olduğunu bildirib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 175 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...