Nobelli yazıçı sevgilisinə görə 50 illik arvadını atdı FOTO

Nobelli yazıçı sevgilisinə görə 50 illik arvadını atdı


İqlesasın 64 yaşlı anası İspaniyada "Cazibə kraliçası" adlandırılır. "Nobel" mükafatının sahibi sevgilisinə görə, 50 illik həyat yoldaşını atıb. ANS PRESS-in məlumatına görə, perulu yazıçı 79 yaşlı Mario Varqas Llosa 50 illik arvadından ayrılmağa qərar verib. Buna səbəb isə onun başqa qadına aşiq olmasıdır.

Nobelli yazıçı sevgilisinə görə 50 illik arvadını atdı


Evliliyin dağılmasına səbəb dünya şöhrətli müğənni Enriki İqlesasın gözəlliyi ilə tanınan anasıdır. İsabel Preyslerin indi 64 yaşı olsa da, o cazibəsini qoruyub saxlaya bilib.

Nobelli yazıçı sevgilisinə görə 50 illik arvadını atdı

Keçmiş gözəllik kraliçası olan əslən fillipinli Preysler ilə yazıçı Portuqaliyada birlikdə tətil edərkən görüntüləniblər. Bundan sonra Varqas Llosa mövzu ilə bağlı "Hola!" qəzetinə açıqlama verməli olub.


Mario Varqas Llosa və həyat yoldaşı Patrisia

"Münasibətlərimiz normal davam edir. Amma şəxsi həyatımla bağlı danışmaq istəmirəm və İsabel də bu mövzuda mənimlə razılaşır".
Nobelli yazıçı sevgilisinə görə 50 illik arvadını atdı


Llosanın üç uşağının anası ilə yarım əsrlik evliliyini biritməsi isə ölkə mətbuatı tərəfindən birmənalı qarşılanmayıb. Yazıçı hələ aprel ayında ayrılıq siqnalını vermişdi.

"O, bu dəfə adi şorgözlük deyil. Madridə qayıdan kimi evimizi tərk edəcəyəm. Mən xoşbəxtliyin necə olduğunu öyrəndim və bunu dadmaq üçün çox vaxtım yoxdur". Preyslerin isə Enriqi İqlesasın atası müğənni Xulio İqlesasdan 3 övladı var. Bu qadın öz vətənində "Malinanın incisi”, həyatının böyük qismini keçirdiyi İspaniyada isə "Cazibə kraliçası" adlandırılır.

Nobelli yazıçı sevgilisinə görə 50 illik arvadını atdı

1971-ci ildə ailə quran Xulio və İsabel 8 il sonra ayrılıb. İsabel Preysler son dəfə oğlu Enriki İqlesasın ötən il Madriddəki konsertində görüntülənmişdi.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 722 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...