Aprel ayı üçün medianın reytinqi

Aprel ayı üçün medianın reytinqi


MC&S-in media monitorinq qrupu 01-30 aprel 2017-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub. Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 500 on-line media daxil olmaqla 565-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumları təqdim edirik. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (830 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (1689 məlumat), sığorta şirkətləri arasında Azərsığorta (371 məlumat), ali məktəblər arasında BDU (1405 məlumat), otel və biznes mərkəzləri arasında Excelsior (160 məlumat) irəlidədir.

Qeyd edək ki, daha dolğun nəticələr facebook səhifəsində yerləşdirilib: https://web.facebook.com/MediaConsultingServices/?ref=aymt_homepage_panel

Hesabatla bağlı daha ətraflı məlumat əldə etmək və almaq istəyən şəxslər [email protected] ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər. Onu da qeyd edək ki, PRA şirkətimizin əsas tərəfdaşıdır və bir çox layihələrdə, o cümlədən media- monitorinq üzrə təhlildə əməkdaşlıq edir. Media Consulting and Services



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
765 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...