"Kibariyə azərbaycanlı jurnalistləri aldatdı" - Türkiyə mediası

"Kibariyə azərbaycanlı jurnalistləri aldatdı" -


Ötən həftə Bakıda qonaq olan Kibariyənin yalanı ortaya çıxıb.

Axşam.az-ın məlumatına görə, "Duymayan kalmasın" proqramında 56 yaşı sənətçinin Bakıda jurnalistlərə dünya ulduzu Şakira ilə yaxın olduğunu deməsi iddia edilib.

Qeyd olunub ki, müğənni yalandan "Şakira ilə duet oxudum, çox bəyənildi. Tez-tez görüşürük. Səsi və xasiyyəti mükəmməldir. Dünən danışdıq, dedi ki, "İstanbula gələcəyəm, görüşərik" deyib.

Proqramın aparıcısı Kibariyeni yalan danışmaqda ittiham ediblər. Əlavə edilib ki, bu açıqlama azərbaycanlı jurnalistləri əsəbiləşdirib.

Xatırladaq ki, Kibariye bir müddət əvvəl hamilə olduğunu deyərək türk jurnalistləri aldatmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
661 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...