Dünyanın ən gənc 5 dahisi- MARAQLI

Dünyanın ən gənc 5 dahisi-


Moderator.az kiçik yaşlarından insanların təəccübünə səbəb olan, xüsusi istedad və fövqəladə bacarığı, zəkası ilə seçilən ən gənc 5 dahini təqdim edir:

Saul Aaron Kripke - 4-cü sinifdə oxuyarkən riyaziyyatın bütün incəliklərinə yiyələnib, tələbə dostları ilə yanaşı müəllimlərinə də bəzi bilikləri öyrədib. Litseydə həndəsə, məntiq və fəlsəfəni bitirib və bu elmlərin ortaq sintezini yaradıb. İdeya müəllifi olduğu bəzi elmi nəzəriyyələri litseydə oxuduğu dönəmdə universitetlərə təqdim edib və bu nəzəriyyələr dünyanın ən yaxşı universiteti olan Harvard tərəfindən qəbul edilib. Beləliklə, universitet litseyi təzə bitirən Saulu fəlsəfə və riyaziyyat müəllimi kimi sıralarına qatır. Litseyi bitirdikdən sonra Harvarda gedən Saul, fəlsəfə sahəsində “Schock” mükafatını alır və hələ də yaşayan ən böyük filosof olaraq qəbul edilir.

Alite Andre- Bu qız 2 yaşında ikən Avstraliyanın ən çox danışılan mücərrəd şəkil sənətçisi olub. Uşaq təxəyyülü ilə çəkdiyi şəkillər hamını həyrətə gətirib və elə bu yaşda ikən sərgisi açılıb. Elə sərgisinin açıldığı qalareya sahibi də onun istedadının vurğunu olur və 2 yaşlı bu qızı dünyaya tanıdır.

Qriqori Smit- 12 yaşında Nobel Mükafatına namizəd göstərilib. Qriqori 10 yaşında ikən universitetə başlayır, bununla da kifayətlənməyib boş zamanlarında ölkə- ölkə gəzərək sülh və uşaq hüquqları müdafiə edir. "Beynəlxalq Gənclik müdafiəçiləri dərnəyi" ni təsis edir. Bu sahədə gördüyü işlər səbəbiylə tam 4 dəfə Nobelə namizəd göstərilib.

Maykl Kevin Kerni- Maykl 10 yaşında universitet məzunu olub. 17 yaşında da universitetdə müəllim kimi fəaliyyətə başlayıb. Qırdığı dünya rekordlarıyla və 24 yaşında qazandığı " yarışması ilə tanınır. “Universitetlərin ən gənc məzunu kimi” Ginnesin rekordlar kitabına düşür. 6 aylıqkən həkimə: "sol qulağımda bir infeksiya var" cümləsini demişdi. Bu şəxs haqqında ictimai mediada çox bəhs edildi. "Kim 1 milyon istər?" yarışmasında, son sualda telefon haqqını istifadə edən Maykl atasını axtarır. Bütün hər kəs sualı üçün telefon haqqını istifadə etdiyini düşünərkən "ata 1 milyon dolları aldım evə gəlirəm" deyib doğru cavabı verir.

Akrit Casval-Adından də anlayacağınız kimi hindli kiçik dahi hazırda dünyanın ən ağıllı uşağı olaraq qəbul edilir. İlk cərrahi əməliyyatını evində və yalnız 7 yaşındaykən aparır. Heç bir tibb təhsili almayan, həyatında heç əməliyyat etməyən Akrit, səkkiz yaşındakı bir qızın yanmış əllərini evində etdiyi əməliyyatla bir-birindən ayırmağı bacarmışdır. 12 yaşındaykən də xərçəngin çarəsini tapmağa çox yaxınlaşdığını dilə gətirmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 016 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...