"Redaksiyalardakı texniki işçilərə mənzil verilməyəcək"

"Redaksiyalardakı texniki işçilərə mənzil verilməyəcək"


“Təzə tikilmiş mənzillər ancaq sırf jurnalistlərə veriləcək. Texniki işçilərə mənzil düşmür”. Bu barədə “Ekspress”in əməkdaşı ilə söhbətində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib.

Onun sözlərinə görə komissiya üzvüləri təyin olunmuş vaxtda redaksiyalarda olacaq, redaksiyaların nə vaxtdan fəaliyyət göstərməsini, nə qədər texniki işçisi və jurnalisti olmasını müəyyənləşdirəcək.

V.Səfərli onu da vurğulayıb ki, redaksiyalar tərəfindən namizədlərin sırf jurnalistlər olub-olmaması da dəqiqləşdiriləcək. “Bu barədə qardaşıma da güzəşt etməyəcəyəm” deyərək icraçı direktor diqqətə çatdırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
817 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...