Düz 1 ildir bahalı avtomobilini oradan çıxara bilmir - FOTO
Eskişehirdə market sahibi, 37 yaşlı Çingiz Önal 1 il əvvəl ziyarətə getdiyi atasının yaşadığı mənzildə avtomobil lift trosunun qopması nəticəsində avtomobili ilə təxminən 6 metrdən düşüb. Gundeminfo.az sfera.az-a istinadən bildirir ki, hadisədə yanında olan 1.5 yaşlı qızı Belinay və özünün yara almadan xilas olduqlarını ifadə edən Önal avtomobilini bir ildən çox müddətdir olduğu yerdən çıxara bilməyib. Qəzanı yara almadan sovuşduran Cengiz Önal və qızı Belinay ev sakinlərinin köməyi ilə çıxarılıb. Hadisəni məhkəməyə daşıdığını, 3-cü Ədliyyə Hüquq Məhkəməsində ev sahibi haqqında açılan iddianın sürdüyünü deyən Çingiz Önal avtomobilinin hələ də qəza yerində olduğunu ifadə edib. Önal belə danışdı: "Bu hadisə insanların başına çox asan gələ biləcək bir qəza deyil.
Qəza demirəm, laqeydlik deyirəm. Qızımla bərabər avtomobilimi minib liftlə çıxarkən kəndirlər qopduğu üçün birlikdə yerə çırpıldıq. Avtomobilimin üzərinə kəndirlərin sarıldığı çarx qurğusu düşdü. Normal liftlərdə düşmə anında əyləc sistemi açılır. Təəssüf ki, belə tonnajlı bir liftdə bu sistemin olmadığını gördük.
Lazımlı orqanlara müraciət etdik. Lakin üzərindən bir il keçməsinə baxmayaraq hər hansı bir irəliləyiş yoxdur.
Səlahiyyətlilərdən bu prosesin sürətləndirərək, avtomobilin buradan çıxarılmasını və zərərimin qarşılanmasını istəyirəm".
Cengiz Önal maşını olduğu yerdən çıxarmaq üçün görüşdüyü bəzi kran firmalarının çox yüksək ödəniş istədiklərini əlavə etdi.
869 dəfə oxundu