"Facebook"dan qeyri-adi vakansiya - RUSİYA İLƏ BAĞLI

"Facebook"dan qeyri-adi vakansiya -

"Facebook" şirkəti öz saytında Rusiya hakimiyyət orqanları ilə əlaqələr üzrə menecer vakansiyası elan edib. İKT.lent.az-ın xəbərinə görə, menecerin iş yeri olaraq Varşava göstərilib. Onun vəzifələrinə qanunvericilikdə sosial şəbəkələrə toxuna biləcək son dəyişikliklərin monitorinqi, məmurlarla görüşlərdə "Facebook"un maraqlarının təqdim olunması daxildir.

Namizəddən rus dilini ideal səviyyədə, ingilis dilini isə danışıq dili səviyyəsində bilmək, yüksək rütbəli məmurlarla iş və mətbuat katibliyi təcrübəsi, eləcə də internet və "Facebook"un cəmiyyətin faydasına olmasına inanmaq tələb olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
784 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...