“Hörümçək-adam” daha bir göydələnə dırmandı - VİDEO

“Hörümçək-adam” daha bir göydələnə dırmandı -


İspaniyanın hakimiyyət dairələri məşhur fransız "hörümçək-adam” Alen Roberi Barselonada daha bir göydələnə dırmaşdığına görə cərimələyib.

Periodico qəzetinin yaydığı məlumata görə, iyunun 12-də Rober hündürlüyü 116 metr olan Melia Barcelona Sky otelinə dırmanıb. Binanın damında onu şəhər qvardiyasının nümayəndələri gözləyirdilər. Cərimənin məbləği 100 avrodan 600 avroya qədər ola bilər.

Alen Rober əvvəllər Barselonanın məşhur göydələnlərindən biri Aqbar qülləsini – 145 metr hündürlüyü olan 34 mərtəbəli binanı üç dəfə "fəth edib”.

Rober dünyanın hər yerində hündür binalara dırmanmaqla 1994-cü ildən məşğul olur. Bu müddətdə o, Dubaydakı "Burc-Xəlifə” qülləsi də daxil olmaqla, müxtəlif obyektlərə 130 dəfə qalxıb.







Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
883 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...