Fikrət Fəraməzoğluna 7 il həbs cəzası verildi

Fikrət Fəraməzoğluna 7 il həbs cəzası verildi


Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Jam.az” saytının baş redaktoru Fikrət İbişbəylinin (Fəraməzoğlu) cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə Fikrət Fəraməzoğlu son sözlə çıxış edib.

O, çıxışında heç bir günahının olmadığını deyib: "Məhkəmədə mənə verilən ittihamlar sübuta yetirilmədi. Ona görə barəmdə bəraət hökmünün çıxarılmasını istəyirəm". Hakimlər kollegiyasının hökmü ilə Fikrət Fərəməzoğlu iki il jurnalist fəaliyyətindən məhrum edilməklə, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında F. Fərəməzoğlunun 3 il jurnalist fəaliyyətindən məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fəraməz oğlunun rəhbəri olduğu “Jam.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 021 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...