Ronaldu vergi ittihamları ilə əlaqədar "Real Madrid"i tərk edir

Ronaldu vergi ittihamları ilə əlaqədar "Real Madrid"i tərk edir
Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu İspaniyanın "Real Madrid" klubunu tərk etmək niyyətindədir. "Report"un "A Bola"ya istinadən verdiyi məlumata görə, səbəb İspaniya prokurorluğunun Ronaldunun ünvanına ittihamları ilə əlaqədar baş verən son hadisələrdir.

32 yaşlı forvard fikrində qəti olduğunu və mövqeyinin dəyişməyəcəyini "kral klubu"nun prezidenti Florentino Peresə də deyib.

Ronaldu 2011 - 2014-cü illərdə 14,7 milyon avro məbləğində vergini ödəməməkdə ittiham olunur. Onun 2010-cu ildə yaratdığı ictimai təşkilat vasitəsilə belə hərəkətə yol verdiyi bildirilir. Təcrübəli oyunçu öz imic hüquqlarından əldə etdiyi vəsaitdən vergi ödəməməkdə günahlandırılır. Ümumilikdə hücumçu İspaniyanın vergi orqanlarına qarşı dörd cinayətdə ittiham olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
883 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...