Dünya çempionumuz əməliyyat olundu: "Sağlamlığımın bir hissəsini itirdim"

Dünya çempionumuz əməliyyat olundu:


Kikboks üzrə 3 qat dünya çempionu Fuad Zeynalov ürəyindən əməliyyat olunub.

Gundeminfo.az musavat.com-a istinadən bildirir ki, xəstəxanadan fotosunu paylaşan idmançı bu haqda sosial şəbəkədə məlumat yayıb: “Bu həyatda idmanın sayəsində çox şeylər qazandım: ad-san, əzmkarlıq, güc, çempionluq hissi, özünə güvən, iradə, yaxşı bədən forması, pul kənardan diqqət və qayğı və s. Amma sağlamlığımın bir hissəsini itirdim. Nə isə qazanmaq üçün nə isə qurban verirsən. Bu günü də belə yola verdik. Bu günümüzə də şükür”.

Qeyd edək ki, onun ürəyindən əməliyyat olunduğunu isə müğənni Vüqar Muradov öz səhifəsində yazıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
873 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...