Google 1 milyard avro cərimələnə bilər
Avropa Komissiyası Amerikanın Alphabet holdinqinə daxil olan Google kompaniyasını 1 milyard avro cərimələyə bilər.
AZƏRTAC xəbər verir ki, The Financial Times nəşrinin yaydığı məlumata əsasən, Google Shopping xidmətini yaradarkən kompaniyanın bazardakı hakim mövqeyindən sui-istifadə etməsi haqqında iş üzrə qərar yaxın həftələrdə elan olunacaq.
Alphabet 2016-cı ilin yekunlarına görə 90 milyard dollar vəsait əldə edib, yəni cərimə onun gəlirinin təxminən 10 faizini təşkil edə bilər. Lakin şirkətin müvafiq ödəmələr üçün pulu var: cari ilin mart ayının sonlarında sərbəst vəsait 90 milyard dollardan çox olub.
Google şirkətinin antiinhisar qanunvericiliyini pozması haqqında araşdırma 2010-cu ildən başlanıb. 2015-ci ildə Avropa Komissiyası şirkətə qarşı rəsmi ittiham irəli sürməyi qərara alıb. Məsələn, Avropa Komissiyası Google servisinin malların müqayisəsinə dair işi ilə maraqlanıb, onun öz məhsullarını və servislərini qabağa verməklə ədalətli rəqabət qaydalarını pozmasından şübhələnib.
ABŞ korporasiyası yaranmış vəziyyəti həll etmək üçün dəfələrlə variantlar təklif edib, lakin tənzimləyici ilə kompromisə gələ bilməyib.
842 dəfə oxundu