“Əlimdə Eynullanı ifşa edən çoxsaylı faktlar var” - Qalmaqal

“Əlimdə Eynullanı ifşa edən çoxsaylı faktlar var” -


“Jurnalist Eynulla Fətullayevin mənə qarşı başlatdığı böhtan kampaniyası azca kefimi pozsa da, müsbət məqamlar da oldu. Dəstəyini ifadə etmək üçün çoxdan səsini eşitmədiyim onlarla köhnə tanışlar, dostlar, qohumlar mənə zəng vurdu. Sosial şəbəkədə 300-dən çox insan mənim Eynullaya cavabımı bəyənərək “like” etdi, onun səviyyəsi heç bu rəqəmin yarısına da yaxın olmadı. Facebook abunəçilərimin sayı sürətlə artaraq, 5 minə yaxınlaşır”.

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Rasim Musabəyov bildirib. O deyib ki, bütün bunlarla yanaşı, polemika zamanı işlətdiyi bəzi ifadələrə görə onu qınayanlar da az olmayıb: “Ənənəvi tərzimə xas olmayan ifadələrdən istifadə etdiyimə görə bəzi qınaqlar da səsləndi. Lakin, unutmayaq ki, ziyalılıq böhtançıya şilləyə bərabər cavabdan azad etmir”.
Milli Məclis üzvü qeyd edib ki, Eynulla Fətullayev onun təsəvvüründə jurnalist deyil. “Eynullanın ünvanına söylədiyim sərt ifadələrə görə peşə həmrəyliyi naminə məni tənqid edənlər özlərini bu subyektlə eyniləşdirməsinlər. Əgər kiminsə hissiyyatına toxunmuşamsa, onlara üzrxahlıq edirəm. Eynulla qorxusundan hüquq mühafizə orqanlarına müraciət etdi ki, guya mən onu hədələyirəm. Həqiqətdə isə buna əsas yoxdur. Həyat və ölüm Allahın əlindədir, və bəlli saatda O hər kəsi hüzuruna cavab verməyə çağıracaq.

Mən Eynulladan yaşlıyam, onun müəllimi olmuşam, atası ilə tanışlığım var – o isə, bütün bunları əvvəldən axıradək yalan olan həcviyyəsi ilə tapdaladı. Ona görə də, onun gələcək aqibətinin necə olmasından asılı olmayaraq, o, mənim tərəfimdən mərhəmət və bağışlanma əldə etməyəcək. Eynullanın özünə isə "Реальный Азербайджан” (2005-ci il.,№37) qəzetində hal-hazırda sağ olan görkəmli xalq yazıçısı Maqsud İbrahimbəyovun "vəfatına" həsr etdiyi xuliqan nekroloqunu xatırlatmaq istəyirəm”.

Rasim Musabəyov onu da əlavə edib ki, əlində Eynullanı ifşa edən çoxsaylı faktlar var. “Lakin o, o qədər çirkaba bulanıb ki, mənim əlimdə olanlarını yapışdırmaq yeri qalmayıb. Onun mənə qarşı böhtan və məkrli uydurmalarını təkzib eləməyi özümə rəva bilmirəm. Eynullanı məhkəməyə vermək, təkzib verməsinə nail olmaq, cərimə ödətdirmək maraqlı deyil. Bununla Eynulla mövzusunu bağlayıram. Mənim üçün bundan sonra o nə bir yazar kimi, nə bir insan kimi mövcuddur”. Qeyd edək ki, araşdırmaçı jurnalist Eynulla Fətullayev yazdığı yazıda Rasim Musabəyovun saxtakarlıqda, satqınlıqda ittiham etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 280 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...