"Mənzil üçün sənəd verən bəzi jurnalistlərin sənədlərində saxtakarlıqlar üzə çıxıb"

"Mənzil üçün sənəd verən bəzi jurnalistlərin sənədlərində saxtakarlıqlar üzə çıxıb"

"Jurnalistlərə mənzillərin verilməsi üçün təqdim olunan sənədlərdə əmək kitabçalarına baxarkən şübhəli məqamlar ortaya çıxır".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə "Azərbaycanda jurnalist təşkilatlarının durumu və gələcək inkişaf meyilləri" mövzusunda keçirilən tədbirdə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

O bildirib ki, fond bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə dəqiqləşdirmə aparır: "Sovet dövründə monolit həmkarlar təşkilatları var idi, amma sonradan zəiflədi. Jurnalistlərin əksəriyyəti Həmkarlar Təşkilatının üzvü deyillər. Bu, çox vacib təşkilatdır. Hər bir təşkilatın Həmkarlar İttifaqı qarşısında öhdəliyi var.

90 faiz redaksiyalarda mühasibatlıq yox idi. Biz qurum olaraq bunun yaradılmasına çalışırıq. İşçilərlə müqavilə bağlanmırdı. Onlar maaşı paketlə alırdı, qeydiyyata aldırmırdılar. Təəssüflər olsun ki, bu hallar yenə də var. Sizin əmək haqqınız az göstərilirsə, bu, sizə ziyandır. Bəzən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 22 faizlik ödəniş etməməkdən ötrü bu cür addımlar atılır. Adamlar var ki, 10 il işləyib, amma heç bir hüquqi prosedur həyata keçirilməyib, bu həm də cinayətdir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
933 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...