"7 aydır ki, müəllimlərin maaşı artırılıb"
“Müəllimlərin maaşının qaldırılması ilə bağlı qərar 2015-ci ilin yanvarından tətbiq olunur. Bu qərar artıq yeddinci aydır ki, qüvvədədir. Sınaq qiymətləndirmədən keçmiş müəllimlərin maaşının qaldırılmasının tətbiqinə 2015-ci büdcə ilindən başlanıb”.
APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.
Təhsil naziri bildirib ki, iyulun 20-dən başlayaraq ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan şagirdlər arasında keçiriləcək beynəlxalq kimya olimpiadasına dünyanın bir çox ölkələrindən komandalar qatılacaq: “Bu yarışlarda Azərbaycan komandası da iştirak edəcək. Bu istiqamətdə son il ərzində xüsusi təşkilat komitəsi yaradılıb. Təşkilat Komitəsinə Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz xanım Paşayeva rəhbərlik edir. Həm təşkilat, həm şagirdlərin akademik nailiyyətləri nöqteyi-nəzərdən biz böyük ümidlə və səbirsizliklə olimpiadanın başlanmasını gözləyirik. Çünki bir qayda olaraq belə olimpiadalarda istedadlı şagirdlər aşkarlanır”.
Qeyd edək ki, 47-ci Beynəlxalq Kimya Olimpiadası iyulun 20-29 tarixlərində Bakı şəhərində keçiriləcək.
1 171 dəfə oxundu