KÜLƏK KƏSİLƏCƏK

KÜLƏK KƏSİLƏCƏK


Bakı və Abşeron yarımadasında iyulun 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 20-24, gündüz 26-31 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

Bölgələrdə hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-37, dağlarda gecə 13-18, gündüz 26-31 dərəcə isti olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 292 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...