Afət Telmanqızı ona böhtan atan qondarma jurnalistləri məhkəməyə verəcək - “Nə günlərə gəldik, Cəlil baba?”
“Vicdanınızdakı ləkəni Domestos da təmizləyə bilməz”
Hurriyyet.org xəbər verir ki, tanınmış jurnalist Afət Telmanqızı onun “Spase” televiziyasındakı işini tərk etməsi ilə bağlı yalan və böhtan xarakerli xəbərlər yazan saytları məhkəməyə verəcəyini bildirib.
Öz istəyi ilə işdən çıxan jurnalist “feysbuk” səhifəsində yazıb: “Nə gunlərə gəldik, Cəlil baba? Düzü heç nə yazmaq istəmirdim. Kənardan muşahidə edirdim ki, gorəm özünü əhli qələm zənn edən cameə nə hoqqa çıxaracaq və özünün çıxardığı hoqqanın içindən nə çıxaracaq? Gördüm ki, bu Novruzəlilər çox qabağa getdi. Əvvəl poçt qutusunun ağzında oturdular. Namə uydurub hərə özünün qutusuna saldı. Sonra da binəva Novruzəlidən fərqli olaraq, qutunun yanında gözləmədən başından dağılışdılar. Qutu başında adam tapmadım ki, soruşam: “Ay dırnaqadası “jurnalistlər”, dilim də gəlmir, sizə jurnalist deyəm, sizin bir yiyəniz yoxdur? Uydurmalarınızı dərc edən bisavad yığını adını necə sayt rəhbəri qoyur? Bir-iki məmurdan para alıb, sayt açıb, ağzına gələnləri yazanları necə jurnalist adlandırım??? Ay yaziqlar, sizə nəzarət edən qurum olmayana qədər siz ağzınıza gələn böhtan, uydurmalar uazacaqsınız. Cəlil babanın da yerində rahat yatmasına imkan verməyəcəksiniz. Jurnalist adına nə vaxtadək ləkə olacaqsınız? Sizin kimi ləkələri isə Arieller, Domestoslar da təmizləyə bilməz. Çünki vicdanınız da ləkəlidir”.
Hələ biri var, öz adı da, saytının adı da ... dəftərində yoxdur. Başlıq qoyub ki, “Saçyoldusu olub. Biabırçılıq. İşdən qovuldu”. Yazının içərisində isə başqa bir yalan xəbər.
Biri də var, rəsmi məlumatı qoyub kənara, öz uydurmasını camaata yeridir. Sizinlə məhkəmədə görüşəcəyəm. Sizin simanız, pardon, simasızlığınızla üz-üzə gəlmək nə qədər iyrənc olsa da, bu addımı atacağam.
P.S. Publika.az-a , oxu.az-a təşəkkür edirəm. Doğrunu yazdıqları üçün”.
Qeyd edək ki, “Space” telekanalının “Hər gün” informasiya proqramının baş redaktorun müavini Afət Telmanqızının işindən ayrılması ilə bağlı “Space” telekanalının icraçı direktoru Kamil Şahverdiyev Publika.az-a açıqlamasında Afət Telmanqızının işdən ayrılmasının bəzi saytların iddia elədiyi kimi məzuniyyətdən gec qayıtması, yaxud da işdə narazılıq ilə bağlı olmadığını deyib: “Onun telekanalda işə başlaması iki ay idi. Məzuniyyətə çıxmamışdı. Onunla bağlı telekanalda heç bir problem olmayıb. Sadəcə özü ərizə ilə gəlib işdən çıxmaq istədiyini dedi. Biz də ərizəsini qəbul etdik. İşdən ayrılma səbəbini bilmirəm. Ola bilər ki, yeni iş təklifi alıb”.
919 dəfə oxundu