Bakı metrosunda İNANILMAZ HADİSƏ: Yuxulu olan maşinist qatarı saxlaya bilmədi

Bakı metrosunda İNANILMAZ HADİSƏ:

Bakı metrosunda maşinistin səhvi qatarın geriyə hərəkət etdirilməsinə səbəb olub. Gundeminfo.az xəbər verir k, bu barədə Baku.ws-ə hadisə şahidləri məlumat veriblər. "Avtovağzal” stansiyasında baş verən hadisə ötən həftə qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, maşinist yuxulu olduğu üçün qatarın bir hissəsini tuneldə saxlayıb.

Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev faktı təsdiqləyib. O bildirib ki, maşinist stansiyada müəyyən olunmuş xətti keçərək qatarın birinci vaqonunu tunelin içərisində saxlayıb.

"Sərnişinlərin düşməsi üçün maşinist dispeçerlə əlaqə saxladıqdan sonra qatarı geriyə verib”, - deyə Nəsimi Paşayev bildirdi. Onun sözlərinə görə, həmin maşinist barəsində müvafiq tədbirlər görüləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
845 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...