"Əleyhimə çıxarılan məhkəmə qərarı Gülənin Azərbaycandakı gücünü isbatladı" - Aqil Ələsgər

"Əleyhimə çıxarılan məhkəmə qərarı Gülənin Azərbaycandakı gücünü isbatladı" -


"Mənimlə bağlı çıxarılan qərar Fətullah Gülən Terror Şəbəkəsinin Azərbaycandakı gücünü bir daha ortaya qoydu. İllərdən bəri mən bunların dövlətin bütün strukturlarında gizli şəkildə təşkilatlandığını yazanda, inanmayanlar, bunları gözü yaşlı məzlum sayanlar görsünlər ki, bütün dəlillər bizim xeyrimizə olduğu halda uduzduq". Bu sözləri GUNDEMİNFO.AZ-a "Yeni Çağ" (www.yenicag.az) qəzetinin baş redaktoru, aeaşdırmaçı yazar Aqil Ələsgər məhkəmənin qərarını şərh edərkən bildirib.

Fətullah Gülənin Azərbaycandakı fəaliyyəti ilə bağlı araşdırmalarına görə, məhkəməyə verilən Aqil Ələsgər bildirir ki, "Qarşı tərəfin həm iddianaməsində, həm məhkəmə prossesində xeyli sayda yanlışlar var idi. Ədalətli hakim belə bir iddianaməni belə qəbul etməməliydi. Fəqət uzun müddət məhkəmə məndən xəbərsiz keçirildi. Daha sonra sırf təsadüf nəticəsində xəbər tutduqdan sonra prossesə dəvət edildim və bütün məhkəmə boyunca qarşı tərəfin bütün iddialarına dəlillərlə cavab verdim. Məhkəmə prossesi göstərdi ki, mən Neft Şirkəti tərəfindən məhkəməyə verilsəm də, maraqlı tərəf Gülən və onun Azərbaycandakı şəbəkəsidir. Konkret olaraq, Elnur Aslanovun 2008-ci ildə bacarmadığını Xalik Məmmədov bacardı.

Məhkəmə KİV haqqında qanun ayaqlar altına alındı. Hesab edirəm ki, bu Gülənin Azərbaycanda necə güclü olduğunu göstərməkdədir. Doğrudur, onlar təzminat olaraq istədikləri 2 milyon manatı ala bilmədilər, ancaq 2 min manat məbləğində cərimə etdilər. Bundan başqa məhkəmə absurd bir qərar çıxarıb ki, çıxış etdiyim televiziyalarda da çıxıb dediklərimi təkzib etməliyəm. Yəni "A Haber" və "Ulusal" kanallarında çıxış edərək, Gülən Şəbəkəsi barədə dediklərimi təkzib etməliyəm. Bu qərarın dünyada analoqu yoxdur. Məhkəmə Gülən şəbəkəsinin təzyiqi ilə elə qərara imza atıb ki, burada fətullahçıların izi açıq görünür".

Aqil Әləsgər bildirdi ki, qərardan Appelyasiya Məhkəməsinə şikayət edəcək:"Orada da Gülənin qarşımızı kəsmək istədiyini bilirik. Fəqət inanmaq istəyirik ki, Azərbaycanda bütün məmurlar Gülənə bağlı deyil və Ulu Öndərimiz Heydər Əliyevin siyasi xəttinə və cənab Prezidentə sədaqətli, eyni zamanda ədalətli hakimlər hələ də qalıb və bu qanunsuz qərarı dəyişdirməyə nail oıacağıq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 111 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...