Bu ölkədə “WhatsApp” tamamilə qadağan edildi

Bu ölkədə “WhatsApp” tamamilə qadağan edildi
“WhatsApp” artıq Çində tamamilə qadağan edilib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, uzun müddət Çin hökumətinin təzyiqi altında olan “WhatsApp” artıq qadağan edilib. Çin uzun müddətdir ki, veb-saytlara, xüsusilə sosial şəbəkələrə və Qərbə aid olan saytlara daxil olmaq üçün məhdudiyyət qoymuşdu. Vikipediya, Twitter, Facebook, Instagram və bir çox Google xidmətləri hazırda Çində bloklanır. Daha əvvəl “WhatsApp” qismən bloklanmışdı. Bir müddət görüntülü söhbətlər ve digər funksiyalar işləməyib. Amma, indi isə Çin “WhatsApp” vasitəsilə ünsiyyəti tamamilə dayandırıb. The New York Times qəzetinə danışan kiber təhlükəsizlik mütəxəssisləri məlumatı təsdiqləyib. Yeni blok normal mətn mesajlaşması da daxil olmaqla xidmətin bütün aspektlərini pozur. Bu hərəkətin səbəbini proqnozlaşdırmaq çətin deyil. Belə ki, “WhatsApp” hökumətin ona nəzarətini çətinləşdirən və ya qeyri-mümkün edən şifrəli mesajları dəstəkləyən xidmətlərdən biridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
928 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...