“Çelsi”nin ən bahalı futbolçusu "Qarabağ"la oyunu buraxa bilər

“Çelsi”nin ən bahalı futbolçusu "Qarabağ"la oyunu buraxa bilər
İngiltərənin “Çelsi” klubunun futbolçusu Alvaro Morata Çempionlar Liqasının (ÇL) V turunda “Qarabağ”la səfər matçını buraxa bilər.

“Report”un "The Guardian"a istinadən verdiyi məlumata görə, Premyer Liqanın VII turunda “Mançester Siti” ilə görüşün 35-ci dəqiqəsində xəsarət alaraq meydanı tərk edən 25 yaşlı hücumçunun zədəsinin ciddi olduğu müəyyənləşib. Tibbi müayinə zamanı forvardın 6 həftə forma geyinə bilməyəcəyi dəqiqləşib. Bu isə o deməkdir ki, ispaniyalı oyunçu İngiltərə Premyer Liqasında “Kristal Pelas”, “Uotford”, “Everton”, “Bornmut” və “Mançester Yunayted”lə, ÇL-də isə İtaliya “Roma”sı ilə görüşləri buraxacaq. Onun “Qarabağ”a qarşı oynayıb-oynamayacağı isə hələ bilinmir.

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” matçı saat 21:00-da başlayacaq. Alvaro Morata yay transfer dövründə İspaniya "Real Madrid"indən 80 milyon avroya alınıb. O, hazırda "Çelsi"nin ən bahalı oyunçusudur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
901 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...