Nazir əmr verdi, teatr direktoru və baş rejissor işdən çıxarıldı - Y eni təyinat oldu

Nazir əmr verdi, teatr direktoru və baş rejissor işdən çıxarıldı - Y
"Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq teatr sahəsində aparılan islahatlar davam edir".

Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən veriən məlumata görə, nazir Əbülfəs Qarayevin müvafiq əmrlərinə uyğun olaraq respublika teatrlarında kadr dəyişikliyi aparılıb:

"Əmrə əsasən, "Yuğ” Dövlət Teatrının direktoru Tərlan Rəsulov, habelə baş rejissor Gümrah Ömərov öz ərizələri ilə tutduğu vəzifələrdən azad edilib. Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə "Yuğ” Dövlət Teatrının baş rejissoru təyin olunub.

Digər əmrlə Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadəyə "Yuğ” Dövlət Teatrının direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
864 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...