Zədələnmiş əskinasları harada dəyişmək olar?

Zədələnmiş əskinasları harada dəyişmək olar?


Bir çoxları zədələnmiş əskinas problemi ilə qarşılaşır: kağız pullar tez bir zamanda əzilir və cırılır. Trend-in məlumatına görə, zədələnmiş əskinasların ödəniş vasitəsi kimi qəbul edilməməsi isə problemi bir qədər də artırır.

Bəziləri nominalı aşağıdırsa, bu əskinasları atmağa üstünlük verirlər. Bəs banknot 50 manat və daha çox dəyərdədirsə, nə etmək lazımdır?

Mərkəzi Bank haqqında Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinə əsasən, zədələnmiş əskinaslar bir sıra hallarda dəyişdirilə bilər. Belə ki, tədavülə yararlı, yararsız və həqiqiliyi şübhə doğurmayan (saxta olmayan), bütöv bir hissədən ibarət, səthinin 60 faizdən az olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış pul nişanları bütün banklar tərəfindən məhdudiyyət qoyulmadan qəbul edilməli və dəyişdirilməlidir.

Səthi tam olmayan əskinasların səthini müəyyənləşdirmək üçün xüsusi 200 damalı cədvəllərdən istifadə olunur. Zədələnmiş əskinasın saxlanılan hissələri damalı cədvəlin üzərinə qoyulur, sol yuxarı künclə uyğunlaşdırılır və perimetr boyu qırmızı qələmlə konturu çəkilir, konturun daxilində qalan tam damalar sayılır, konturun xətti ilə kəsilmiş damaların sayı yarı bölünüb tam damaların sayı ilə toplanılır. Alınan damaların sayı 120-dən az olmadıqda əskinasın nominal dəyəri ödənilir.

Qüsurlu pul nişanlarını ölkənin bütün kommersiya banklarında, onların filiallarında, Mərkəzi bankda və onun regional mərkəzlərində həftəsonu və bayram günlərindən başqa, istənilən gün dəyişmək olar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 274 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...