BaramaLissabon veb-sammitində
Azercell Telekom MMC-ninBaramaİnnovasiyavəSahibkarlıqMərkəzivəölkəmizinənuğurlustartapı “Technote”PAŞA BankındəstəyiləAzərbaycanıdahabirbeynəlxalqkonfransdatəmsiletdi. Ölkəmizdən yeganə nümayəndə olaraq PortuqaliyanınLissabonşəhərindəkeçirilənveb-sammitəqatılan təmsilçilərimiz bu sammit boyu müxtəlif tədbirlərdə yaxından iştirak edib, təcrübə mübadiləsi aparıblar.
Məlumat üçün bildirək ki, veb-sammit2009-cu ildən etibarən hər il keçirilən texnoloji konfransdır. Hər il bu tədbirə nəhəng şirkətlərdən tutmuş İT sahəsində çalışan kiçik şirkətlərin nümayəndələri, o cümlədən şirkət prezidentləri, startapların qurucuları, həmçinin qlobal texnologiya və əlaqəli sahələrdə çalışan müxtəlif insanlar qatılır. Bu il keçirilmiş tədbirdə 160 ölkədən 60,000-dək nümayəndə iştirak etmişdir. Siyasi sferadan ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor, Rəqabət məsələləriüzrə Avropa Birliyinin Səlahiyyətlisi Marqaret Vestaqer və Fransanın keçmiş prezidenti Fransua Holland tədbirdə spiker qismində qatılıb. Bu spikerlərdən əlavə, texnologiya sahəsinin məşhur simaları, o cümlədən İntel,Oracle və Microsoft şirkətinin prezidentləri və digər şirkət rəhbərləri də konfransda iştirak edib.
Qeyd edək ki, Azercell Telekom MMC-nin Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startap-ları dəstəkləyərək onların müstəqil şirkətlər kimi fəaliyyət göstərməsinə yardım edir. İndiyə qədər Barama mərkəzi ölkəmizdə onlarla layihə və müsabiqənin gerçəkləşməsinə şərait yaradıb.
1 041 dəfə oxundu