Xərçəng xəstəsi olan jurnalist üçün aksiya keçiriləcək
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı xeyriyyə aksiyası keçirəcək.
Teatrdan musavat.com-a verilən məlumata görə, aksiya bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən tanınmış mədəniyyət yazarı, jurnalist Ülviyyə Həsənqızına dəstək məqsədilə həyata keçiriləcək.
Belə ki, Kukla Teatrında nümayiş etdiriləcək tamaşadan əldə olunan vəsait jurnalist xanımın bank hesabına köçürüləcək. Nümayiş olunacaq səhnə işinin ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır.
Teatrın aparıcı aktyoru Rəhim Rəhimovun ifa etdiyi səhnə işi böyüklər üçün nəzərdə tutulub. Ailədə valideynlərə olan münasibətdən bəhs edən tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.
İnsana, insanlığa, fərd olaraq ətrafımızdakılara qarşı diqqət və sevgini təlqin edən tamaşada iştirakla siz də ağır xəstəliklə təkbaşına mücadilə edən yazardan dəstəyinizi əsirgəməyin. Tamaşa 26 noyabr saat 18:00-da nümayiş olunacaq.
Ülviyyə Həsənqızı anası ilə yaşayır və hazırda işsizdir. O, mədəniyyət sahəsi üzrə ixtisaslaşmış jurnalistdir.
Ülviyyə Həsənqızına kömək etmək istəyən şəxslər aşağıdakı yollarla ödəniş edə bilərlər:
İstənilən bankdan ACCESBANK hesabına ödəniş üçün:
Kod : 503552
VÖEN : 1400057421
M/H : AZ10NABZ01350100000000056944
Swift : ACABAZ22
Cari hesab: : AZ06ACAB00210100000000556352
962 dəfə oxundu