Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat olub

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat olub
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin edilib.
“Report” xəbər verir ki, bu vəzifəyə tanınmış jurnalist Fuad Hüseynəliyev gətirilib.

O, yeni vəzifəsində Könül Məmmədovanı əvəz edib.

F.Hüseynəliyev iqtisadi jurnalistikada, təqribən, 20 illik təcrübəyə malikdir. O, bundan əvvəl “İnterfaks-Azərbaycan” informasiya agentliyində, “Region plus” jurnalında rəhbər vəzifələrdə çalışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 199 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...