Aktyorla direktor arasında dava - “Tüpürüm o mükafata ki…”

Aktyorla direktor arasında dava -

Tanınmış aktyor Hikmət Rəhimovla "Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov arasında qalmaqal yaşanıb.

BakuPost.az xəbər verir ki, M. Hətəmovun "Üçüncü günün adamı” filminə görə 5-ci Antakya beynəlxalq film festivalında "Ən yaxşı kişi aktyoru” nominasiyasına layiq görülən aktyorun mükafatı almasında rolu olduğunu iddia etməsi H. Rəhimovu özündən çıxarıb:

"Bunu deməliyəm, çünki səhərə qədər əsəbimdən yata bilməmişəm. Kinostudiyanın direktoru Müşfiq Hətəmov deyir ki, "Hikmətin aldığı mükafatı mən həll etmişəm”. Hətəmov, mən də sənə deyirəm ki, tüpürüm o mükafata ki, onu sən mənə vermisən və orda-burda bunu başa vurursan. Rahat ol, dilimə gətirən də deyiləm. Səni ora işləməyə qoyublar, daha mütilik etməyə yox. Adamını tanı, ağıllı ol. Məni ətrafındakılarla səhv salma”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
833 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...