“Qurd qapısı”, yoxsa “Türk qapısı”? - "Qasımçapan" yolunun adı niyə dəyişdi...

“Qurd qapısı”, yoxsa “Türk qapısı”? -

1918-ci ilin əvvəllərində Azərbaycan xalqına qarşı bolşevik-daşnak-ingilis quldurları tərəfindən törədilmiş soyqırım faciəsinə qarşı müsəlman-türk qüvvələrinin şanlı döyüş tarixinin izi hopmuş coğrafi yerlərdən biri də Bakı şəhərinin şimal-qərb hissəsində yerləşən Yasamal tirəsinin qərbə davamı səmtindəki şəhərə daxil olan yol və indi “Qurd qapısı” adlandırılan ərazidir.

Məlum olduğu kimi, paytaxtın Badamdar, Çəmbərəkənd yaşayış ərazilərinə daxil olan bu yola əvvəllər “Qasımçapan” deyərlərmiş. Çünki əsrlər boyu Bakı şəhərinə daxil olan ticarət-dəvə karvanının yolunun əsas hissəsi bu ərazidən keçdiyindən və dar olduğundan, bu yöndə olan bazar meydanına giriş çətinlik yaratdığından xocahəsənli daşçapan Qasım kişi təmənnasız olaraq qayalığı yararaq dəvə karvanının yolunu genişləndirdiyindən sonralar bu yol “Qasımçapan” adlanıb.

1918-ci ilin sentyabr ayında şəhərin Qobu kəndi istiqamətində, Şubanı dağları üstündə yerləşmiş Qafqaz İslam Ordusunun komandanı general-mayor Nuru paşa Killigilin (1881-1949) topçuları (qeyd etmək lazımdır ki, bu ərəfədə türk ordusunun qərargahı, silah-sursat anbarı, döyüşçülərinin qaldığı məkan Qobu kəndində yerləşib) bütün Yasamal tirəsi boyunca düzülmüş düşmən mövqelərini fasiləsiz atəşə tutduqdan sonra yerli müqavimət hərəkatının döyüşçüləri ilə birlikdə müzəffər türk ordusunun zabit-əsgər heyətinin “Qasımçapan”dan daxil olması və bolşevik-daşnak-ingilis quldurları üzərində qələbə zəfəri yaddaşlardan silinməmiş, anlamında “türk” adı işlənilməsə də, türkün totem simvolu (boz qurd) yaddan çıxmayıb və bu tarixi yol (sonralar geniş massiv) “Qurd qapısı” kimi ünvanlanıb.

Üstündən bir əsrə yaxın vaxt ötən həmin tarixi döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsinə həmin yolun “Türk qapısı” adlandırılmasına mənəvi ehtiyacımız (və zərurət) indiki dövrdə daha da çoxdur.

(Yazı Abşeron rayonu, Qobu qəsəbə sakini Hacı Akif Qasımovun söhbəti əsasında hazırlanıb).

Qismət Yunusoğlu, Bakı Dövlət Universitetinin müəllimi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 209 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...