Dünyanın tanınmayan ən zəngin insanı - Onu heç kəs tanımır, amma hamı ona borcludur

Dünyanın tanınmayan ən zəngin insanı -

Onun haqqında dünya çox az şey bilir.

Söhbət “Zəngin” ləqəbli alman Jakob Fuggerdən gedir. Onun pulu bu günün hesabı ilə 400 milyard dollar olub.

Amerikanın “Wall Street Journal”ında yazılanlara görə, Fugger dünyanın ən zəngin adamı olub: “Greg Steinmetz adlı müəllif öz kitabını onun adı ilə adlandırıb. “Jakob Fugger tarıxın ən varlı bankçısı idi. Onun zamanında renesans yaşanırdı və dünyanı iki nəfər idarə edirdi. Roma-Geran İmperatoru və Papa. Hər ikisini də Fugger maliyyələşdirib”.

Fugger İspanya kralı 1-ci Karlosun Roma Germen İmparatoru seçilməsi üçün rüşvət paylayıb. Dünyanın onu tanımamasının səbəbi isə alman olması və ingilis dilində danışmaması olub. Sərvətinin həddi olmasa da, o, heç vaxt siyasətdə olmadı və Papa seçilmək istəmədi. Ən məşhur işi Almanyanın güneyində doğulduğu Augsburg əyalətində tikdirdiyi sosial evlər oldu. Bu evlərin sahibləri ildə ancaq 1 dollar kirayə verirdi.

Dünya indi də Fuggerə borcludur. Dünyanın Fuggerə borclu olduğu 5 şey:

1. İlk beynəlxalq iqtisadi fəaliyyət.
2. İlk xəbər xidmətinin yaradılması. Jakob Fugger məlumatın önəmini bilirdi.
3. Bugünkü mənasında ilk depozit hesabın açılması.
4. Kəşfləri malliyələşdirdi. Kolomb Amerikanı kəşf edəndə 33 yaşında idi. Fugger bu kəşflərin iqtisadi tərəfi ilə maraqlandı və Hindistana ilk səyahəti maliyyələşdirdi.
5. Protestant islahatını dəstəklədi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 043 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...