“Azərcell”in tədbirində olay - jurnalistlər ölümdən döndü

“Azərcell”in tədbirində olay - jurnalistlər ölümdən döndü


Bakıda “Naxçıvan” restoranında baş redaktorlar üçün təşkil edilən ziyafət yarımçıq qalıb. AzVision.az gün.az-a istinadən xəbər verir ki, bu gün Milli Mətbuatın 140 illiyi münasibətilə “Azərcell” şirkəti ölkədə fəaliyyət göstərən qəzet və sayt redaktorları üçün ziyafət təşkil edib. Ziyafət Yasamal rayonundakı 20 saylı məktəbin yanında yerləşən “Naxçıvan” restoranında keçirilib. Ziyafət zamanı zaldakı elektrik naqilləri anidən tüstüləyib. Ziyafətdə olan təxminən 30-40 nəfər dərhal çölə çıxıb. Tədbir isə yarımçıq bitib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 yanğınsöndürən maşını cəlb edilib.

Tüstülənmədən zərər çəkən olmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 204 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...