Bacısını öldürüb canlı yayım etdi: "Vecimə də deyil"

Bacısını öldürüb canlı yayım etdi:

Bacısını avtomobil qəzasında öldürüb, sosial şəbəkədə canlı yayım edən yeniyetmə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Obdulia Sanchez (Obdulia Sançez) adlı qız sərxoş halda Instagram-da canlı yayım edib və bacısının cəsədini kameraya çəkib. O, ölümünə səbəb olduğu 14 yaşlı bacısı Jacqueline-ni videoya çəkərək "bacım öldü, vecimə də deyil. İstəyəcəyim ən son şey idi, amma oldu" deyib.

Obdulia Sançez həm bacısının ölümünə, həm sərxoş halda avtomobil sürdüyünə, həm də onun cəsədi ilə canlı yayım etdiyinə görə həbs olunub. O, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə Kaliforniyanın Los Banos şəhərində baş verib.

///Milli.Az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 018 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...