“Sahil” metrostansiyası iyulun 1-də açılacaq

“Sahil” metrostansiyası iyulun 1-də açılacaq

2017-ci ilin avqust ayından təmirə dayandırılan metronun “Sahil” stansiyası bu il iyulun 1-də təhvil veriləcək.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.


Onun sözlərinə görə, hazırda eskalatorların quraşdırılması davam etdirilir:

“Yaxın vaxtlarda Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin "Viktoriya" tipli eskalatorlarının dördünün də quraşdırılması başa çatdırılacaq. Eyni zamanda, stansiyada korroziyaya məruz qalmış avadanlıqlar dəyişdirilir. Qatar yolunun bir hissəsində tavandakı işlər tamamlanıb, divardakı örtüklər quraşdırılır”.

“Sahil” stansiyası təhvil verildikdən sonra “Xətai” stansiyasında yenidənqurma işlərinə start veriləcəyi barədəd xəbərərə gəldikdə, N.Paşayev bu barədə məlumatlı olmadığını söyləyib.

N.Paşayevin sözlərinə görə, “Sahil” stansiyasının sərnişin tutumu qışda pik saatlarda 32 min, yayda isə 25-27 min nəfərdir.

Qeyd edək ki, hazırda qatarlar stansiyada dayanmadan hərəkət edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
805 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...