Barama “Gələcək üçün Startap” layihəsində əsas tərəfdaş kimi çıxış edir

Barama “Gələcək üçün Startap” layihəsində əsas tərəfdaş kimi çıxış edir


Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yerli startapların inkişafına dəstək verməkdə davam edir. Mərkəz bu dəfə Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin təşkil etdiyi “Gələcək üçün Startap” layihəsində əsas tərəfdaş kimi çıxış edir. Layihənin əsas məqsədi gənclərin innovasiya sahəsinə marağını artırmaq, onları startup layihələrinin hazırlanmasında istiqamətləndirmək və bununla da gənc sahibkarların və Azərbaycanda startap ekosisteminin inkişafına təkan verməkdən ibarətdir.

2, 5, 6 mart tarixlərində ADA Universitetində layihə çərçivəsində təşkil olunacaq intensiv təlim və innovasiya konfransıiştirakçılar üçün ideya mərhələsindən başlayaraq real startap layihələrinin hazırlanması istiqamətində yeni imkanlar yaradacaq. Martın 2-də 16-25 yaş arası gənclərin iştirakı ilə baş tutacaq təlimdə təhsil, ətraf mühit, enerji, qida və turizm istiqamətləri üzrə fikir mübadiləsi aparılıb biznes layihələr hazırlanacaq. 5 mart tarixində isə sahibkarlıq, innovasiya və startup sahəsinə marağı olan istənilən şəxs konfransda iştirak etmək imkanı qazanacaq. Konfransda bir sıra ölkələrdə startap ekosisteminin yaradılmasında iştirak edən beynəlxalq ekspert Tal Katran iştirakçılarla peşəkar təcrübəsini bölüşəcək.
Konfransda iştirak etmək istəyənlər http://events.ja-azerbaijan.org/register.php
linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Məlumat üçün bildirək ki, Azercell Telekom MMC-nin Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 9 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 70-dən çox layihə fəaliyyətə başlayıb, onlardan 40-ı uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan bir sıra uğurlu şirkətlər yaranıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
799 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...