"Azercell" 21 il ərzində dövlət büdcəsinə 1,6 mlrd. manat ödəyib

"Azercell" 21 il ərzində dövlət büdcəsinə 1,6 mlrd. manat ödəyib

"2011-ci ildən sonra "Azercell" şirkəti üçün ən uğurlu il 2017-ci il olub". Bunu 2017-ci il fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında "Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev bildirib.

V.Mürəsliyevin sözlərinə görə, "Azercell" Azərbaycan mobil rabitə sektorunda 48,2% bazar payına malikdir və ölkə ərazisinin 80%, əhalinin isə 99,8%-ni əhatə edir.

"Hazırda 4,5 mln. abunəçi "Azercell"in mobil xidmətlərinə üstünlük verir. Şirkət ötən il dövlət büdcəsinə 179,7 mln. manat, 21 il ərzində isə dövlət büdcəsinə 1 mlrd. 637,5 mln. manat vergi ödəyib. "Azercell" ölkədə telekommunikasiyanın inkişafına 2017-ci ildə 41 mln. 837 min 259 manat, 1996-2017-ci illər ərzində isə 1 mlrd. 467 mln. 779 min 40 dollar sərmayə yatırıb", - deyə V.Mürsəliyev vurğulayıb.
Sosial səhifələrdə paylaş



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
779 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...