Azercell-dən abunəçilərinə 100 dəqiqə hədiyyə
Ölkənin lider mobil operatoru Azercell Telekom MMC yeni kampaniyaları ilə abunəçilərini sevindirməyə davam edir. Martın 1-dan etibarən Azercell-in Eksklüziv mağazalarında istənilən aylıq internet paketlərə,tarif paketlərə (GencOL, Hədsiz, Hedsiz Zəng, Hədsiz İnternet, Kombo, Biznes 200) qoşulan və yaxud istənilən telefon modeli və ya aksesuar əldə edən abunəçilərə şəbəkədaxili 100 dəqiqə danışıq həcmi hədiyyə veriləcək.
Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Bülbül pr., 5, Qara Qarayev prospekti, ev 30\42, mənzil 52), Xırdalan (Heydər Əliyev pr. Mehdi Hüseyin küç. 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40) və Qubada (Heydər Əliyev prospekti, 194) abunəçilərin ixtiyarına verilib. Ən müasir avadanlıqla təchiz olunaraq yeni Nordik konsepsiyasına uyğun bu mağazalarda abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilirlər. Eyni zamanda, abunəçilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuraları, cihazları, mobil telefonları kredit və nağd şəkildə əldə etmək imkanı qazanırlar.
Azercell Telekom bayramlar ərəfəsində abunəçilərini bir-birindən sərfəli kampaniyalarla sevindirməkdə davam edəcək.
869 dəfə oxundu