İran dollardan tam imtina etdi

İran dollardan tam imtina etdi

İran ABŞ dollarından tam imtina edib. İran hökuməti dollardan istifadəyə yeni məhdudiyyətlər tətbiq edib.

Bundan sonra idxal prosedurları zamanı ABŞ valyutasından istifadəyə icazə verilməyəcək. Belə ki, dolların istifadə olunduğu mal tədarükü ilə bağlı istənilən sifariş və ya digər idxal bəyannamələri İranın gömrük orqanları tərəfindən qəbul edilməyəcək.

Bankın xarici valyuta siyasəti və qaydaları üzrə direktoru Mehdi Kəsraipur billdirib ki, yeni qaydalar cari ticarət əməliyyatlarına elə də təsir etməyəcək: “Onsuz da belə proseslərdə dollardan istifadə məhdudlaşdırılmışdı. Həmçinin İran bankları sanksiyalar səbəbindən uzun illərdir dollarla əməliyyatlar apara bilmir”. /teref.info/


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
942 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...