“Ən fəal işəgötürən şirkət” mükafatına “Nar” layiq görüldü
2 mart 2018-ci il tarixdə ADA universitetində təşkil olunan karyera sərgisində "Nar” operatoru "Ən aktiv işəgötürən şirkət” mükafatına layiq görüldü. Sərgi çərçivəsində mobil operatorun iş imkanları və tələbə proqramları ziyarətçilərin böyük marağına səbəb oldu. Keçirilən karyera sərgisində 105 yerli və xarici şirkət iştirak etdi.
"Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke sərgidə aktivliyi ilə seçilən "Nar”-ın bu mükafata layiq görülməsindən məmnunluğunu dilə gətirdi: "Yerli bir şirkət olaraq "Nar” hər zaman azərbaycanlı gənclər üçün iş imkanları yaradır. Biz gənc istedadlardan dünya səviyyəli mütəxəssislər yetişdirməyə çalışırıq, onların parlaq karyera qurmalarına dəstək oluruq. Bu gün ən aktiv işəgötürən olaraq ADA universiteti tərəfindən mükafata layiq görüldüyümüz üçün fərəh hissi keçiririk. "Nar”-a göstərilən marağa görə bütün sərgi iştirakçılarına təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, ADA universitetində keçirilən sərgini ümumilikdə 800-dən çox tələbə ziyarət edib. Birbaşa şirkət təmsilçiləri ilə ünsiyyətdə olan tələbələr müxtəlif şirkətlərdə karyera imkanlarını dəyərləndirmək, həmçinin bu şirkətlərin təcrübə proqramlarında iştirak barədə məlumat əldə etmək imkanı qazanıblar.
"Azerfon” MMC ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini istifadəyə vermişdir. Mobil operator səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim etmişdir. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
838 dəfə oxundu