"Apple" iranlıların AppStore-yə girişinə qadağa qoydu

"Apple" iranlıların AppStore-yə girişinə qadağa qoydu

"Apple" şirkəti İrandan AppStore-yə girişi məhdudlaşdırıb. Qaynarinfo xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb. Dünyanın qabaqcıl smartfon və elektron avadanlıqlar istehsalçısı "Apple" Vaşinqton idarəçiliyinin Tehrana sanksiyalar tətbiq etməsi səbəbindən İrana məhsul satışını dayandırsa da, lakin əhalinin böyük hissəsi "Apple" avadanlıqlarını xaricdən alaraq ölkəyə gətirir.

Qeyd edək ki, Apple ötən ilin avqustunda iranlı proqramistlərin hazırladığı IOS əlavəsini AppStore-dən silmişdi.

İranın informasiya və texnologiya naziri Məhəmməd Cavad Azəri məsələyə münasibət bildirərkən ölkənin texnologiya bazarının 11 faiz hissəsinin "Apple"a aid olduğunu xatırladaraq, şirkətin müştərilərinə hörmət göstərmədiyini və məsələ ilə bağlı rəsmi şəkildə etiraz edəcəklərini bildirmişdi.

Apple-dan isə hələlik heç bir açıqlama verilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
783 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...