“Nar” Novruz bayramını cəbhə bölgəsindəki əsgərlərlə qeyd etdi - VİDEO
“Nar” Novruz bayramı ərəfəsində daha bir əhəmiyyətli sosial layihəyə imza atdı. Milli önəm
kəsb edən məsələləri diqqət mərkəzində saxlayan “Nar” Azərbaycan Respublikası Müdafiə
Nazirliyi ilə birgə cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birinə səfər edərək
Azərbaycan Ordusunun əsgərləri ilə görüş keçirdi.
Görüş zamanı hərbi hissədə xidmət edən əsgərlərə xüsusi sürpriz hazırlanmışdı. Belə ki,
“Nar”-ın dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrindən 100-dən çox valideynin cəbhə bölgəsində
yerləşən “N” nömrəli hərbi hissəyə gəlişi təşkil edilmişdi. Müdafiə Nazirliyi ilə birgə həyata
keçirilən bu bayram sürprizi nəticəsində valideynlər cəbhədə xidmət göstərən övladları ilə
bərabər Novruz bayramını qeyd etdi.
Görüşdə iştirak edən “Azerfon” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov öz
çıxışında milli adət və ənənələrin təşviqi, vətənpərvərlik kimi dəyərlərin “Nar” brendinin əsas
amallarından olduğunu bildirib.
“Azərbaycan əsgəri bizim güvənc yerimiz, qürur mənbəyimizdir. Novruz bayramı ərəfəsində
əsgərlərimizlə birlikdə olmaq bizim mənəvi borcumuzdur. Vətənin keşiyində duran qəhrəman
əsgərlərimizi təbrik edir, onlara bu şərəfli yolu uğurla başa vuraraq tezliklə yaxınlarına,
sevdiklərinə qovuşmalarını arzu edirəm”, - deyə cənab Axundov qeyd edib.
Tədbir zamanı xüsusi konsert proqramı təşkil edilməklə yanaşı əsgərlərə “Nar”-dan xüsusi
hədiyyələr, o cümlədən, 200-dən çox kitab hədiyyə olundu.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü ərəfəsində
təşkil edilən görüşün məhz zəngin adət-ənənələrimizi tərənnüm edən Novruz bayramında
keçirilməsi şanlı ordumuzun gecə-gündüz vətən keşiyində duran qəhrəman əsgərlərini
sevindirmək, onlara olan dərin hörməti bir daha əyani şəkildə çatdırmaq məqsədi daşıyırdı.
“Azerfon” MMC 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda
telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət
nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq
seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib.
923 dəfə oxundu