Neftçalada bu avtomobillər istehsal ediləcək - FOTOLAR

 Neftçalada bu avtomobillər istehsal ediləcək -

Xəbər verdiyimiz kimi, bu gün Bakıda Azərbaycan-İran biznes forumu keçirilib. Forumda Azərbaycan prezidenti İlham Əliyev və iranlı həmkarı Həsən Ruhani iştirak edib. Tədbirdə əvvəlcə Neftçala Sənaye Məhəlləsində görülən işləri əks etdirən videoçarx göstərilib.

Prezidentlər Neftçala Sənaye Məhəlləsində inşa olunan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə “Xəzər” avtomobil zavodunun açılışını bildirən düyməni basıblar. Bununla da zavod işə başlayıb.

Qeyd edək ki, Neftçala avtomobil zavodu “Renault”, “Samand”, “Dena”, “Peugeot 206 və 207”, “Renault Pickup” və “Renault Tondar” markalı avtomobillər istehsal edəcək. Sirkətin səhmlərinin 25%-i İranın “Iran Khodro” şirkətinə məxsusdur. Zavod müasir texnika ilə təchiz olunub. Birgə müəssisənin illik istehsal gücü təxminən 10 min avtomobil olacaq. İlkin mərhələdə şirkət 3 min, ikinci mərhələdə isə 5 min avtomobil istehsal etməyi planlaşdırır.

 Neftçalada bu avtomobillər istehsal ediləcək -
 Neftçalada bu avtomobillər istehsal ediləcək -
 Neftçalada bu avtomobillər istehsal ediləcək -
 Neftçalada bu avtomobillər istehsal ediləcək -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 647 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...