Nazirlik Mətbuat və İnformasiya Mərkəzini istifadəyə verdi

Nazirlik Mətbuat və İnformasiya Mərkəzini istifadəyə verdi


Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Mətbuat və İnformasiya Mərkəzinin (MİM) açılışı olub. Müasir standartlara əsaslanan yeni üslublu mərkəzin açılış mərasimində nazir Əli Abbasov iştirak edib.

Trend-in məlumatına görə, RYTN-in informasiya siyasətinin tənzimlənməsi, RYTN-in həyata keçirdiyi tədbir və layihələrin təşviqi, ictimaiyyətin məlumatlandırılması funksiyalarını Mətbuat və İnformasiya Mərkəzi yerinə yetirəcək. Nazirin müşaviri Müşfiq Əmirov məlumat verib ki, mərkəzin nəzdində nazirliyin rəsmi saytı (www.mincom.gov.az), "Rabitə dünyası" qəzeti və "ICTnews" Elektron Xidməti fəaliyyət göstərəcək.

Eyni zamanda, yaradılması nəzərdə tutulan internet televiziyasının da bu mərkəzdən idarə olunması planlaşdırılır. Mərkəz eyni zamanda nazirlik, idarə və müəssisələrin fəaliyyətinə dair məlumat, çıxış və müsahibələrin hazırlanması, foto, video çəkilişlərinin aparılması ilə də məşğul olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 190 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...