Mirşahin köhnə ANS-çiyə yeni TV-sində iş vermədi

Mirşahin köhnə ANS-çiyə yeni TV-sində iş vermədi

Sosial şəbəkələrdə tanınmış jurnalist Aytəkin Alxaslının skuterlə qəzaya düşdüyü anın görüntüləri yayılıb. Hadisə illər
öncə baş versə də, jurnalist bir anda sosial mediada müzakirə predmetinə çevrilib.

A.Alxaslı azvision.az-a açıqlamasında saytlardan birində bölgə müxbiri işlədiyini deyib. O, buna baxmayaraq, hələ də televiziyada işləmək istədiyini bildirib. Jurnalist, həmçinin qeyd edib ki, Mirşahin Ağayev yeni açdığı Real TV-yə onu dəvət etməyib.

"Təklif gəlsə belə, nə qərar verəcəyim barədə bir söz deyə bilmərəm. Başqa işlərdə işləmək istəmirəm. Televiziyada işləmək istəyərəm, arzu heç vaxt tükənmir, özümü doğma olan kollektivdə, ANS-çilərlə bağlı kollektivdə görmək istəyərəm. Hazırda ANS-çi olaraq qalsam, daha yaxşıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
843 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...