İbrahim Tatlısəs İstanbulu birdəfəlik tərk edir

İbrahim Tatlısəs İstanbulu birdəfəlik tərk edir

Məruz qaldığı silahlı hücumdan sonra səhnələrdən uzaq düşən və iki ildir ki, İzmirdə yaşayan İbrahim Tatlısəs İstanbul ilə bütün əlaqələrini kəsir.

“Ölkə.Az” xəbər verir ki, müğənni bundan sonra ancaq İzmirdə yaşamaq istəyir. Bu məqsədlə isə, Tatlısəs Seyrantəpə səmtindəki şirkətinin binasını satışa çıxarıb. Bina üçün isə 15 milyon dollar tələb edilir.

Tatlısəs əldə etdiyi pul ilə İzmirdə otel açıb turizm işinə geri qayıtmaq niyyətindədir. Müğənni eyni binadakı “Tatlıses Kebap” restoranını da başqa yerə köçürmək istəyir.

Qeyd edək ki, bu yaxınlarda İbrahimin yeni albomu işıq üzü görəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
845 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...