Əmir Teymurun ermənilərə nifrəti — ŞOK FAKTLAR
Bir çoxumuz sosial şəbəkələrdə Əmir Teymurun guya “Erməniləri Yer üzündən silmədiyimə görə gələcəkdə məni lənətləyəcəklər” fikrini səsləndirdiyi barədə paylaşımları görmüşük.
Bir çox səhifələr Əmir Teymurun fotosunu, rəsmini bu cümlə ilə bəzəyərək paylaşır. Məsələ ilə bağlı tarixçi-alim Əkbər Nəcəfin fikrini öyrəndik.
Tarixçi “Ölkə.Az”a açıqlamasında bildirdi ki, Əmir Teymur belə bir söz deməyib. Çünki o, erməniləri adam yerinə qoymurdu.
Alimin Əmir Teymurun ermənilərə nifrəti və ermənilərin də Əmirə nifrəti barədə açıqlamasını “Ölkə.Az”oxucularına təqdim edirik.
Əmir Teymurun ən çox nifrət etdiyi kütlə qriqoryan erməniləri idi. Dövrün bütün qrabarca yazılmış mənbələrində Teymur "murdar" adı ilə zikr edilir.
Misal üçün, o dövrün qrabarca yazan müəlliflərindən Foma Metsopski “Teymurləngin tarixi” adlı əsərində Əmir Teymurun adının keçdiyi hər cümlədə onu adının əvvəlinə “qaniçən əjdaha, məlun” sifətlərini yerləşdirir. Əsər boyunca Əmir Teymura söyməkdən ürəyi doymayan erməni müəllif onun ölmünü isə fantastik ifadələrlə təsvir edir: “…öz ölkəsinə qayıdaraq orada bir it kimi gəbərdi. O, Məşhəddəki məqbərənin üstündə də it kimi ulayırdı. Onu oradan çıxarıb odun içinə qoydular və sudan keçirdilər, lakin bundan sonra da onun mənfur səsi uzun zaman kəsilmədi”.
Həqiqətdə isə Teymurun ermənilərdən nifrət etməsinin səbəbi qriqoryan kilsəsinin Teymur əleyhdarlarına pul verməsi idi. O zamanlar və bəzi ölkələrdə günümüzə qədər kilsə eyni zamanda mənsub olduğu xalqın bankı kimi fəaliyyət göstərirdi. Varlılar öz pullarını kilsəyə əmanət edirdilər. Qriqoryan kilsəsi də Teymurun düşmənlərinə gizli yollarla pul verirdi.
Ermənilər Teymura olan kinlərini heç bir zaman unutmadılar. 1916-cı ildə Çar Rusiyası orduları sırasında xidmət edən erməni dəstələri fürsətdən istifadə edib Fərqanədə on minlərlə türkü qadın və qoca demədən qətl etdilər. Səbəbi Teymurdan intiqam almaq idi.
Belə ki, 1916-cı ildə Orta Asiyada Rusiyaya qarşı başlayan azadlıq hərəkatına qarşı göndərilən ordular arasında “Daşnaksüytun” və “Hınçaq” təşkilatına üzv erməni dəstələri də vardı. Onlar Fərqanədə kəndlərə və evlərə soxulub, günhasız yerə məsum insanları öldürüdülər. Qətl edilənlərin çoxunu qadınlar, uşaqlar və qocalar təşkil edirdi…
1 829 dəfə oxundu