Müştəriləri üzdən tanıyan bankomat

Müştəriləri üzdən tanıyan bankomat


Tayvanın “CTBC Bank” bankı öz bankomatının pilot versiyasını işə salıb. Bankomat şəxsin identifikasiyası üçün sifətin tanınması texnologiyasından istifadə edir. Sınaqlar uğurla keçəcəyi halda bankomatın istifadəçiləri kart və PIN koddan istifadə etmədən öz vəsaitlərini bankomatdan çıxara biləcəklər.

Femida.az-ın məlumatına görə, “VeinID” venanın tanınması texnologiyası Yaponiyanın “Hitachi” şirkəti tərəfindən yaradılıb. Sözügedən texnologiya barmağın daxilində yerləşən venanın unikal şəklinin skan edilməsi üçün işıqdan istifadə edir. “Hitachi” şirkətinin nümayəndəsi bildirib ki, barmaq izindən fərqli olaraq, venanın şəkillərini saxtalaşdırmaq və ya kopyalamaq son dərəcə çətindir. Bundan başqa, uğurlu identifikasiya üçün barmaq canlı insan bədəninə bərkidilməlidir. “VeinID” texnologiyası artıq Yaponiya, Şimali Amerika və Avropada fəaliyyət göstərən maliyyə müəssisələri tərəfindən istifadə olunur. Ötən il Böyük Britaniyada “Barclays” bankı da bu texnologiyanı təqdim edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 220 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...