Azərbaycana bu tərkibli dərman vasitələrinin idxalı qadağan edildi

Azərbaycana bu tərkibli dərman vasitələrinin idxalı qadağan edildi

Azərbaycan ərazisinə Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə etmiş şirkətlərin valsartan tərkibli dərman vasitələrinin idxalı qadağan edilib.

Analitik Ekspertiza Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Avropa Dərman Agentliyi (EMA) Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edən şirkətlərin valsartan tərkibli dərman vasitələrinin qiymətləndirilməsini həyata keçirir. Bu tədbir Avropa Birliyində bir-sıra şirkətlərin valsartan tərkibli dərman vasitələrinin istehsalında valsartan təsiredici maddə substansiyası olaraq istifadə etdikləri Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasında N-nitrosodimethylamine (NDMA) maddəsinin tapılması ilə əlaqədardır.

Laborator testlərin nəticələrinə əsasən N-nitrosodimethylamine (NDMA) maddəsi kanserogen xüsusiyyətlərə malik ola biləcək bir maddə olaraq qiymətləndirilir.

Qiymətləndirmə və araşdırmaların aparıldığı bir mərhələdə Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edən şirkətlərin valsartan tərkibli dərman vasitələri Avropa Birliyi ölkələrində, ABŞ və bir çox başqa ölkələrdə geri çağrılıb. Bu barədə EMA, Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra ölkələrin dərman vasitələrini tənzimləyən rəsmi qurumları öz rəsmi saytlarında məlumat veriblər.

Valsartan arterial hipertenziyalı xəstələrin müalicəsi üçün, həmçinin ürək çatışmazlığı və ya miokard infarktı keçirmiş xəstələrin kombinə olunmuş müalicəsinin tərkibində istifadə edilir.

Mərkəzdən bildirilib ki, Azərbaycan ərazisində istifadə olunan valsartan tərkibli dərman vasitələrindən müxtəlif doza və qablaşdırmada olan yalnız üç adda dərman vasitəsinin (VALZ, VALZ H, KoValsar-Denk) istehsalında Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edilib

Mərkəzdən qeyd edilib ki, Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edilərək istehsal olunmuş valsartan tərkibli dərman vasitələri - VALZ, örtüklü tabletlər №28, valsartan 80mg (Balkanfarma-Dupnitsa AD, Bolqarıstan), VALZ, örtüklü tabletlər №28, valsartan 160mg (Balkanfarma-Dupnitsa AD, Bolqarıstan), VALZ H, örtüklü tabletlər №28, valsartan/hydrochlorothiazide 80mg/12.5mg (Balkanfarma-Dupnitsa AD, Bolqarıstan), VALZ H, örtüklü tabletlər №28, valsartan/hydrochlorothiazide 160mg/12.5mg (Balkanfarma-Dupnitsa AD, Bolqarıstan), KoValsar-Denk, örtüklü tabletlər №28 (4x7), valsartan/hydrochlorothiazide 80mg/12.5mg (“Denk Pharma GmbH & Co.KG”, Almaniya), KoValsar-Denk, örtüklü tabletlər №28 (4x7), valsartan/hydrochlorothiazide 160mg/12.5mg (“Denk Pharma GmbH & Co.KG”, Almaniya), KoValsar-Denk, örtüklü tabletlər №28 (4x7), valsartan/hydrochlorothiazide 320mg/12.5mg (“Denk Pharma GmbH & Co.KG”, Almaniya) geri çağrılıb.

Azərbaycan ərazisində istifadə olunan digər valsartan tərkibli dərman vasitələrinin istehsalında Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edilməyib. Əldə olan məlumatlara əsasən, bu dərman vasitələrinin istehsalında istifadə olunan substansiyalarda qeyd edilən N-nitrosodimethylamine (NDMA) maddəsi yoxdur. Buna əsasən bu dərman vasitələri geri çağırılmırlar və bundan sonra da istifadə təlimatlarında göstərilən göstərişlərə və tövsiyyələrə uyğun istifadə oluna bilərlər:

“Valsartan tərkibli dərman vasitələrinin istehsalında istifadə olunan substansiyada gözlənilməyən maddə tapılmışdır. Azərbaycan Respublikası ərazisində istifadə olunan valsartan tərkibli dərman vasitələrindən müxtəlif doza və qablaşdırmada olan yalnız üç adda dərman vasitəsinin (VALZ, VALZ H, KoValsar-Denk) istehsalında Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edilib. VALZ , VALZ H və KoValsar-Denk dərman vasitələri geri çağırılıb. Müalicə həkiminizin göstərişi olmadan valsartan qəbulunu dayandırmayın”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
723 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...