Məsud Özil məsələsi Almaniyanın qanayan "yarasını" üzə çıxardı - İrqçilik
Məsud Özilin Almaniya yığmasını irqi ayrı-seçkilik səbəblərindən dolayı tərk etməsi Almaniyanı qarışdırıb.
Alman mətbuatı Özil məsələsində iki yerə bölünüb. Bir qism hələ də Özilin Türkiyə prezidenti ilə çəkdirdiyi fotonun yanında qalıb. Xüsusilə Almaniyanın ən populyar yayım orqanı sayılan “Bild” qəzeti bu məsələdə canfəşanlıq edir. Özilin açıqlamasının hər abzasına şərh yazan “Bild” redaksiyası onu yersiz-haqsız tənqid və hətta təhqir edənləri müdafiə edib.
Lakin Məsud Özili müdafiə edən yerli media qurumları da az deyil. Bunlardan biri də həftəlik “Die Zeit” qəzetidir.
Burada Kristian Şpiller adlı yazar ilə məsələyə obyektiv yanaşan yazı qələmə alınıb.
“Məsud Özil ətrafında yaranan situasiya bizlərdən ötrü bütün zamanlar üçün narahat edici olan ölümcül siqnaldır”, - məqalə müallifi yazır.
Şpiller Özilin Türkiyə prezidenti ilə birlikdə fotoşəkil çəkdirməsini ikinci dərəcəli hesab edir.
“Burada əsas məsələ Özilin Almaniyada irqçi hücumlara və təhqirlərə məruz qaldığı üçün yığmanı tərk etdiyi barədə işlətdiyi cümlədir”, - yazıda qeyd olunur.
Belə ki, Özil sosial şəbəkələrdəki bütün hesablarında almanlar onu “türk donuzu”, “qoyunlarla sekslə məşğul olan”, “cəhənnəm ol, Anadoluya qayıt” və s. bu kimi on minlərlə təhqiramiz ifadələrə və həqarətlərə məruz qoyublar.
“Almaniyada nə baş verir”, - Şpiller hiddətlə yazır.
Yazıda Məsud Özilin Almaniya yığması üçün 23 qol vurduğu qeyd olunur. Bundan başqa, Özil qədər yığmanın formasını geyinən sadəcə 15 alman futbolçusu var. Məsut Özil Almaniya üçün Rudi Föller, Oliver Kan, Uve Zeeler kim əfsanəvi futbolçulardan daha çox tər töküb. İndi özünün 29 yaşında olmasına rəğmən sonuncu dünya çempionatında yığmanın digər üzvləri kimi zəif oyun nümayiş etdirməsinə görə yalnız o, günah keçisi elan olunub.
“Ylğma üçün Özil böyük itkidir. Lakin onun gedişinin başqa ağır nəticələri də ola bilər. Özilin gedişi ilə bizlər inkişaf etmiş cəmiyyətdən daha çox aralanırıq. Onun çıxması, özü də radikal sağ partyaların baş qaldırdığı bir məqamda hər kəs üçün təşviş doğurucu bir siqnaldır. İndi belə çıxır ki, populist sağçılar Özilin getməsini özlərinin qələbəsi kimi göstərib bunu rahatca bayram edə biləcəklər”, - Şpiller yazır.
Müəllif Özilin yığmadan çıxmasına hər cür şərait yaradan və buna görə az qala “qol götürüb oynayan” Almaniya Futbol Federasiyasının prezidenti Raynhard Qrindeli sərt şəkildə tənqid eidb.
Özilin sözlərinə görə, Qrindel və onun kimi düşünənlər üçün Özillər yalnız yığma qələbə qazananda alman olurlar, məğlubiyyət halında isə qəfildən onların miqrant olması yada düşür.
Özil özü Qrindelin vaxtilə multikulturalizmi mif və yalan olduğunu söyləydiyni xatırlayır. “Bu irqçi ideyaları təbliğ edən “Almaniya üçün Alternativ” parityası hələ mövcud olmadan deyilmiş sözlərdir”, -məqalədə yazılıb.
Dünyanın bir çox ölkələrində zatən sağ radikal millətçilərin populyarlığı gündən günə artır. Lakin Braziliya və İsveçdə federasiyalar öz yığmalarının arxasında duraraq futbolçularının heç bir ayrı seçkiliyə məruz qalmasına yol verməyiblər. Almaniya isə tam əksinə ən azı hərəkətsiz qalıb və hətta bu cür hücumları təşviq edib.
“Özilin Ərdoğanla fotosu ətrafında gedən diskussiyalar alman cəmiyyətindəki əhval-ruhiyyəni bir daha göstərdi. Bununla da Tomas Müller və ya Toni Kros adlanmayan fitbolçulara olan münasibət açıq –aşkar ortaya çıxdı”, - Şpiller vurğulayır.
Ümumi şəkildə deyilsə, türk mətbuatında qeyd edildiyi kimi, Məsud Özil karyerasının ən gözəl qolunu alman irqçilərinə atıb...
802 dəfə oxundu