Britaniyada təhsil alan azərbaycanlı tələbələrin aylıq təqaüdləri artırılıb

Britaniyada təhsil alan azərbaycanlı tələbələrin aylıq təqaüdləri artırılıb


“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyada təhsil alan tələbələrin aylıq təqaüdləri artırılıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş qaydalara uyğun olaraq, son 3 ildə Britaniyada təhsil alan tələbələrə ayda 1400 avro təqaüd verilirdi: “Son dövrdə Avropa ölkələrində baş verən maliyyə böhranı nəticəsində avronun məzənnəsində müşahidə olunan dəyişikliklər Böyük Britaniyada Dövlət Proqramı çərçivəsində təhsil alan azərbaycanlı tələbələrin maddi vəziyyətinə də mənfi təsir göstərib. Təhsil Nazirliyi Dövlət Neft Fondu ilə birgə 2015/2016-cı tədris ilindən etibarən Böyük Britaniyada təhsil alan tələbələrin aylıq təqaüdlərinin keçmişdə olduğu kimi avro ilə deyil, funt-sterlinqdə verilməsi barədə vəsatət qaldırıb. Vəsatət nəzərə alınıb və Nazirlər Kabinetinin qərarı ilə təqaüdün valyutası dəyişdirilib”.

Qeyd olunub ki, Böyük Britaniyada təhsil alan tələbələrin aylıq təqaüdü əvvəl 1400 avro olaraq ödənilirdisə, dəyişiklikdən sonra bu məbləğ aylıq 1100 funt-sterlinq olub: “Bu isə indiki məzənnə ilə təqaüdün məbləğinin artması deməkdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 172 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...