“Mənim Bakcellim”: mobil nömrənizin balansını smartfondan idarə edin!

“Mənim Bakcellim”: mobil nömrənizin balansını smartfondan idarə edin!

“Bakcell”inyeni istifadəyə verdiyi özünəxidmət tətbiqetməsi sayəsində nömrə ilə bağlı əməliyyatlar etmək üçün xidmət mərkəzinə getməyəvəyaməlumat mərkəzinə zəng etməyə ehtiyac qalmadı
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin telekommunikasiya bazarında ilk dəfə olaraq ən innovativ və unikal müştəri xidməti alətini – “Mənim Bakcellim” applikasiyasını təqdim edir.
Abunəçilərinirahat, şəffaf və əlverişli müştəri təcrübəsi ilə təmin etmək üçün Bakcell virtual müştəri xidməti tətbiqetməsini onların ixtiyarına verir.
“Bakcell ölkənin telekommunikasiya bazarına ən son texnologiyaların, məhsul və xidmətlərin gətirilməsi baxımından həmişə yenilikçi olub. Azərbaycanın telekommunikasiya bazarında ən rahat və qabaqcıl müştəri xidməti alətinin məhz “ilk”lərə imza atan Bakcell tərəfindən yaradılması heç də təəccüb doğurmur. Tam əminliklə deyə bilərəm ki, təqdim etdiyimiz yeni “Mənim Bakcellim” tətbiqetməsi mobil rabitə sahəsindəki müştəri xidmətlərində rahatlıq, şəffaflıq və innovasiyadan ibarət tam yeni dövrün başlanğıcı olacaq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.
“Mənim Bakcellim”dən istifadə edən abunəçilər öz nömrələrinin hesabı ilə bütün lazımı əməliyyatları həyata keçirməklə yanaşı balans, aktiv bonuslar, istifadə etdikləri xidmət və ya məhsulun qüvvədən düşmə tarixi, balansda qalan meqabaytlar və nömrə barədə digər məlumatları müştəri xidməti mərkəzinə getmədən, növbədə gözləmədən və hətta məlumat mərkəzinə zəng vurmadan əldə edirlər.
Bu tətbiqetməni yükləyən Bakcell abunəçiləri çox rahat şəkildə aşağıda qeyd olunanlarıedə bilərlər:
- Xidmətləri, internet və rouminq paketlərini aktiv və ya deaktiv etmək;
- İstifadə olunan internet paketlərinin qüvvədən düşmə tarixini və balansını öyrənmək;
- Tariflər və bütün digər təkliflər barədə məlumat almaq və onlara qoşulmaq.
Bundan əlavə, “Mənim Bakcellim”istifadəçiləri nömrələrinin balansı ilə bağlı maksimum şəffaf informasiyaya malik olacaqlar. Belə ki, abunəçilər zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti, abunəliklər, tutulmuş məbləğlər və əlavə xidmətlərdən istifadə daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət edə biləcəklər.
“Azərbaycanın ən müştəri yönümlü və innovativ telekommunikasiya xidmətləri təchizatçısı olan Bakcell öz abunəçilərini rəqəmsal müştəri təcrübəsi ilə yanaşı ən yeni məhsul və xidmətlərlə təmin edir. Şirkətimiz bunun üçün zəruri olan ən üstün və yüksək keyfiyyətli mobil rabitə şəbəkəsi qurmağa nail olub. Abunəçilərimizin arzu, təklif və ehtiyaclarını nəzərə alaraq, mobil xidmətlərdən istifadə zamanı biz onları maksimum dərəcədə rahatlıq və şəffaflıqla təmin edirik. Yeni “Mənim Bakcellim” mobil tətbiqetməsi sayəsində bizim abunəçilərimiz müştəri xidmətinə getmək və ya məlumat mərkəzinə zəng etmək üçün vaxt itirməyəcəklər. Onlar sadəcə bu proqramı yükləməklə smartfon, planşet və ya kompüter vasitəsilə yüksək keyfiyyətli müştəri təcrübəsindən yararlanırlar”, deyə Bakcell şirkətinin baş marketinq direktoru Todor Dimitrovski bildirib.
“Mənim Bakcellim” mobil tətbiqetməsini Android və iOS sistemləri ilə çalışan cihazlar üçün “GooglePlay” və “Appstore” portallarından yükləmək olar. Qeyd edək ki, qeydiyyatdan keçəndən sonra abunəçilər kompüter və planşet kimi cihazlarda “Mənim Bakcellim” proqramının “desktop” versiyasından yararlana bilərlər. Daha ətraflı məlumat və proqramı yükləmək üçün linklərhttps://www.bakcell.com/az/my-bakcell səhifəsində yerləşdirilib.
“Böyük qürur hissi ilə deyə bilərəm ki, ölkənin bütün telekommunikasiya bazarı üçün unikal hesab edilən bu fürsəti ilk dəfə Bakcell təqdim edir. Hazırda bu misilsiz məhsulumuza böyük tələbat müşahidə olunur və bu xidmətdən istifadə edən Bakcell abunəçilərinin bu imkandan olduqca razı qalması bizi məmnun edir”, deyə T. Dimitrovski əlavə edib.
“Mənim Bakcellim” proqramından istifadə üzrədemo videosunu izləmək üçün aşağıdakı linkdən istifadə edin:https://www.youtube.com/watch?v=1aTUxAvyFSI
“Mənim Bakcellim”: mobil nömrənizin balansını smartfondan idarə edin!
“Mənim Bakcellim”: mobil nömrənizin balansını smartfondan idarə edin!
“Mənim Bakcellim”: mobil nömrənizin balansını smartfondan idarə edin!
“Mənim Bakcellim”: mobil nömrənizin balansını smartfondan idarə edin!
“Mənim Bakcellim”: mobil nömrənizin balansını smartfondan idarə edin!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
918 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...